Maşının nömrəsini saxtalaşdıran sürücü cərimələrdən yayınır: DF-ni DE edib - DİN-ə ŞİKAYƏT - FOTO

Qayda pozmadığı halda cərimələnən sürücü redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayıb. Avtosfer.az-a məlumat verən Əhəd Məmmədov adlı sürücü bildirir ki, ona məxsus 77-DE-821 qeydiyyat nişanlı "KIA" markalı avtomobillə qayda pozmadığı halda barəsində elektron qərarlar tərtib olunub: "Avqustun 6-da cərimələnməyimlə bağlı telefonuma 2 sms daxil oldu. Elektron kabinetdə fotolara baxan zaman məlum oldu ki, qaydanı pozan başqa sürücüdür. Sadəcə həmin sürücü nömrəni saxtalaşdırıb. 77-DF-821 qeydiyyat nişanlı "GAC" markalı avtomobilin sürücüsü "F" hərfinin aşağı hissəsinə qara lent yapışdıraraq "E" hərfi edib. Nömrəni eyniləşdirən sürücü qayda pozaraq cərimələrdən bu formada yayınmağa başlayıb".
Ə.Məmmədov bildirir ki, bir müddət əvvəl də qayda pozmadığı halda bu cür cərimələnib: "Bir neçə ay əvvəl qayda pozmadığım halda cərimə yazılmışdı, sadəcə həmin vaxt bunun necə baş verdiyini anlamadım. Həmin vaxt Gəncə şəhər Polis İdarəsində məsələni aydınlaşdıran zaman polis əməkdaşları bildirdilər ki, cəriməni ödəyib sonra şikayət etmək lazımdır. Mən cəriməni ödədikdən sonra rəsmi qaydada şikayət etdim. Bundan sonra qayda pozmadığım öz təsdiqini tapdığı üçün cərimə məbləği geri qaytarıldı" - deyə Əhəd Məmmədov bildirib.
O, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi qaydada müraciət ünvanlayıb. Məsələnin kökündən həll edilməsini xahiş edən oxucu, həmin sürücünün ciddi şəkildə cəzalandırılmasını xahiş edir.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO














