Maşının ön farasına müdaxilə edən bu sürücünü 150 manat cərimə gözləyir - VİDEO

Avtomobilin işıq cihazlarına qanunsuz müdaxilə edən sürücü sosial şəbəkə hesabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, 50-BY-352 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ön işıq cihazlarına qırmızı qabarit işıqları quraşdırıb. Ön faraya qırmızı işıqların quraşdırılması qanunsuz hesab edilir.
Qeyd edək ki, işıq cihazlarına dair qaydalar həm "Yol hərəkəti haqqında" qanunda, həm də Avropa İqtisadi Komissiyasının qaydalarında öz əksini tapıb. Hazırda qüvvədə olan "Yol hərəkəti haqqında" qanunun I saylı əlavəsində qeyd olunub ki, geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulması qadağandır. Buna yol vermiş sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilə bilər.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












