Maşının stoplarını təmizləyib nörməni çirkli saxladı - RADARDAN YAYINAN SÜRÜCÜ - VİDEO

Bakıda çirkli nömrə ilə hərəkət edən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 26-da, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb.
Belə ki, 77-YT-721 qeydiyyat nişanlı "VGV markalı avtomobilin arxa qeydiyyat nişanı çirkli olduğu üçün görünməz hala düşüb. "Yol hərəkəti haqqında” qanuna görə, sürücü nəqliyyat vasitəsini istismara yararlı halda saxlamağa borcludur. Dövlət qeydiyyat nişanları daim görünən vəziyyətdə olmalıdır. Lakin bəzi sürücülər faraları təmizlədiyi halda nömrəni qəsdən təmizləmir ki, kamera və radar cəriməsindən yayınsın. Təqdim etdiyimiz videodakı bu sürücü də arxa stop faralarını silib, lakin qeydiyyat nişanı çirkli vəziyyətdə qalıb.
Qanunvericiliyə görə, avtomobilin qeydiyyat nişanları 40 metr məsafədən aydın şəkildə görünməlidir. Görünmədiyi halda sürücü İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










