Maşının üzərinə xoşagəlməz sözlər yazıb yolda “hoqqa” verən sürücü - 20-AB-286 - VİDEO

Tərtərdə kobud qayda pozuntusu törədən sürücü videoları sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 20-AB-286 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və lüzumsuz manevrlər edib. Daha sonra o, yenidən qarşı tərəfə keçərək avtomobili anidən sağa fırladıb. Bu zaman o, göstərdiyi “şou”nu videoya çəkən avtomobilə təhlükə yaradıb. Həmçinin sürücü avtomobilə konstruksiya dəyişikliyi edib və ön dövlət nömrə nişanını nəzərdə tutulmayan yerə vurub. O, bununla kifayətlənməyərək boyalarla avtomobilin üzərinə xoşagəlməz və sürücülərin diqqətini yayındıran ifadələr yazıb. Sürücünün mütəmadi olaraq qayda pozduğu bildirilib.
Qeyd edək ki, sözügedən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









