Maşının yarısını yola çıxarıb "yol verən" sürücülərin diqqətinə: Cəriməsi var - VİDEO

Qaydaları pozan sürücü digər avtomobillərin hərəkətinə maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 6-da, paytaxtın Şıxov yolunda qeydə alınıb.
Belə ki, 90-MH-357 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağdan gələn maşınlara yol verən zaman qaydaları pozub. O, avtomobilin ön hissəsini yolayrıcına çıxararaq digər istiqamətdən gələnlərin zolağını zəbt edib. Bu səbəbdən görüntünü qeydə alan avtomobilin sürücüsü qismən sağ zolağa yerdəyişməli olub.
Qanunvericiliyə görə, sürücü yol verməli olan halda hərəkət hissəsinin kəsişmə yerində dayanmalıdır. Nəqliyyat vasitəsinin ön hissəsini yolayrıcına çıxarıb digər istiqamətdən gələn avtomobillərin hərəkətinə mane olmaq qayda pozuntusu sayılır. Buna görə sürücü inzibati qaydada məsuliyyətə də cəlb oluna bilər.
Fərid
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücü sakinlərin yolunu kəsdi - FOTO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO
Yola baxmadan manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Biləcəridə əks yola çıxan sürücü qarşıdan gələnləri riskə atdı - 10-ZT-837 - VİDEO
Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO
Narkoman sürücü yük maşını ilə təhlükəli şou göstərdi - DYP görüntüləri yaydı - VİDEO
Sol zolaqda asta gedən sürücü ötmə edənlərin yolunu kəsdi - 77-XL-007 - VİDEO
Bu zolağın nə olduğunu hələ də bilməyənlər var: Bura girməyən sürücüləri cərimə gözləyir - VİDEO
Sərxoş “BMW” sürücüsü yol polisinə gərgin anlar yaşatdı – Təqib zamanı qəza - VİDEO











