Banner

Maşınlara qoyulan qadağa hələ davam edəcək

Qaydalar 22 İyun 2015 16:23 Oxunub 2537
Maşınlara qoyulan qadağa hələ davam edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlərin fikrincə, bu, Bakıda maşın sıxlığına müsbət təsir edəcək

“Avropa oyunları ərəfəsində şəhər nəqliyyatına tətbiq edilmiş məhdudiyyətlərin bəziləri oyunlardan sonra da tətbiq edilə bilər”. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-ə nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənov bildirib. “Məsələn, əyalət avtomobillərinin paytaxta buraxılması üzrə məhdudiyyətləri iyunun 28-dən sonra da tətbiq etmək mümkündür”,- deyə ekspert vurğulayır. 

Məntiq aydındır - Avropa oyunları ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nəticəsində şəhərdə tıxaclar demək olar ki, sıfıra enib. Həmçinin şəhər havasının ekoloji durumu da xeyli yaxşılaşıb. 

“Hər gün regionlardan Bakıya 100 minə qədər avtomobil gəlir. Bu, şəhərin mərkəz hissəsində olan avtomobil sıxlığını 40 faizə qədər artırır. Rəsmi statistikaya görə, Bakıda 800 minə yaxın avtomobil qeydiyyatdadır. Amma onların yalnız 100-150 mini yollarda hərəkətdə olur. Buna görə də rayonlardan daxil olan 100 min avtomobil şəhər mərkəzindəki sıxlığa ciddi təsir göstərir. Çünki rayonların Bakı ilə əlaqələri həddindən yüksəkdir”,- deyə Azər Allahverənov bildirir. 

Variant aydındır. Ekspert Bakı-Ələt yolunda və Xırdalan dairəsində hazırda pulsuz fəaliyyət göstərən dayanacaqlarıni işini Avropa oyunlarından sonra da davam etdirməyi məsləhət görür: “Oyunlardan sonra rayon maşınlarını çox ucuz qiymətə, məsələn sutkası 1 manata orada saxlamaq olar. Həm də həmin dayanacaqlara çox əlverişli şəhər nəqliyyatı marşrutları çəkmək olar ki, adamlar çox asanlıqla lazımi ünvanlara çata bilsin. Yəni adamlar tıxaclarda benzin yandırmaqdansa avtomobili dayanacaqda qoyub lazımi ünvana ictimai nəqliyyatla getməyi daha sərfəli saymalıdırlar”. 

Əslində, bu praktika dünyanın bir çox meqapolislərində artıq on ildən çoxdur ki, tətbiq edilir. Məsələn, Londonda şəhərin mərkəzinə getmək üçün avtmobillərin xüsusi lisenziyası olmalıdır və bu sənəd elə də ucuz deyil. İllik 5 min funtsterlinqi keçir. Yəni şəhər ətrafından gələrək Londonda ayda 2-3 min funtsterlinq maaş alan adamların həmin lisenziyanı almağa imkanı olmur. Həm də tıxaclar üzündən avtomobillər şəhər daxilində hərəkət edən zaman mənzil başına çatmaq üçün 10 funtsterlinqə qədər benzin iyandırırlar. Halbuki, metro ilə də mənzil başına 5-10 funta gedib çatmaq olur. Adətən metro stansiyalarının yaxınlığında yerləşən dayanacaqlar da elə çox pul götürmürlər - sutka üçün iki metro gedişinin haqqını (10 funt sterlinq) istəyirlər. 

Lisenziyası olmayan avtomobillər Londonun mərkəzinə yalnız axşam saat 20-dən sabah saat 6-ya qədər çıxa bilərlər. Başqa vaxt aşkar edilən avtomobillər ilk dəfə 150 funt cərimə olunurlar. Cəriməni yerində ödəməyən avtomobillərin təkərləri qıfıllanır və hərəkəti dayandırılır. İkinci dəfə qanun pozularsa, cərimənin miqdarı artır və bu, dəfələrlə təkrar olunarsa, avtmobil sahibi sürücülük vəsiqəsindən belə məhrum edilə bilər. 

Bunun nəticəsidir ki, gündüz saatlarında şəhərin mərkəzi hissəsində heç bir tıxaca rast gəlinmir. Bu, yol polisi işçilərinin sayını da müəyyən qədər azaltmağ imkan yaradır. Məsələn, 9 milyonluq Londonda yol hərəkətinin təhlükəsizliyini təmin eləmək üçün cəmi 440 polis yetərilidirsə, 3 dəfə kiçik olan Bakıda yalnız bir növbəyə 700-dən çox yol polisi işçisi çıxır. Düzdür, Londonda 700 minə yaxın kamera quraşdırılmasının, Bakıda isə cəmi 4 min kameranın olmasının da böyük rolu var. Amma istənilən halda küçələrdə maşın sayının az olmasının da rolu böyükdür. 

Azərbaycan paytaxtında da bu təcrübəni tətbiq etmək olar. Məsələn, əyalət maşınları Bakı platosunda yerləşən mərkəz hissəsinə yalnız axşam saat 20-dən sabah saat 6-ya qədər çıxa bilərlər. Azər Allahverənovun fikrincə, bu variantda heç bir hüquq pozuntusu ola bilməz: “Əslində, şəhərdə nəqliyyatın normal işləməsi ilə hər bir vətəndaşın bir neçə hüququnu - havası təmiz şəhərdə yaşamaq, işə vaxtında gəlib-getmək və s. hüquqlarını təmin etmiş olarıq. Hər bir vətəndaşın strresdən uzaq, ekoloci təmiz mühitdə yaşamaq hüququ var”. 

Nəqliyyat üzrə ekspert Avropa Oyunları zamanı yollara çəkilmiş 200 kilometr sarı xəttin bir hissəsini də saxlamağı mümkün sayır: “Tıxacların çox yaşandığı bəzi küçələrdə bu xətləri saxlamaq olar ki, təcili yardım və yanğın söndürənlər hərəkət edə bilsin. Bəzi şəhər nəqliyyatı vasitələri də bu yollarla hərəkət edə bilər”,- deyə Azər Allahverənov vurğulayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh