Maşınların gəlməsinə əhəmiyyət verməyib yolun ortasında söhbət etdilər - VİDEO
Qaydalar
23 May 2025 11:00
Oxunub 1828

Xırdalan şəhərində qayda pozan piyadalar təhlükə saçıblar. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, yolun hərəkət hissəsinə çıxan iki piyada bir-birilə söhbət etməyə başlayıblar. Onlar hər iki tərəfdən nəqliyyat vasitələrinin gəlməsinə əhəmiyyət verməyərək söhbətlərinə davam ediblər. Avtomobilin onlara çatdığını və dayandığını gördükdən sonra piyadalar yoldan kənara çıxmaq məcburiyyətində qalıblar.
Piyadaların yolun hərəkət hissəsinə bu cür çıxması həm onların həyatı üçün təhlükəlidir, həm də sürücülərin hərəkətinə çətinlik yaradır. Qanunvericiliyə görə, piyadalar yolu yalnız piyada keçidindən, keçid olmadıqda isə hərəkət hissəsini ləngimədən keçməlidirlər.
Fərid
ŞƏRH YAZ














