Maşınların qarşısı ilə hərəkət edən piyada özünü təhlükəyə atdı - VİDEO

Qaydalar 30 Avqust 2024 12:00 Oxunub 3444
Maşınların qarşısı ilə hərəkət edən piyada özünü təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda yol hərəkəti qaydasını pozan piyadanın görüntüsü kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, yaşlı kişi yolun kənarında boş yer olduğu halda hərəkət hissəsi ilə gedib. Bu zaman arxadan gələn avtomobillərin qarşısını kəsərək onların hərəkətinə mane olub.

Görüntünü qeydə alan sürücü bildirir ki, səs siqnalı ilə xəbərdarlıq etdikdən sonra, piyada səhvini başa düşmək əvəzinə əl hərəkətləri ilə narazılıq edib.

Qeyd edək ki, piyada vurma hallarının baş verməsinin əsas səbəblərindən biri də qaydalara bu cür biganə yanaşamaqdır.

 

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh