Maşınların utilizasiyası ilə bağlı ödənişlər necə hesablanır? – RƏSMİ AÇIQLAMA - FOTO

Son zamanlar sosial şəbəkələrdə sürücülər tərəfindən tez-tez müzakirə olunan mövzulardan biri də utilizasiya ödənişi və bu prosesin necə həyata keçirilməsidir. Avtosfer.az xəbər verir ki, xüsusilə köhnəlmiş və ya istismardan çıxarılmış avtomobillərin qeydiyyatdan çıxarılması, yenidən dövriyyəyə buraxılması və ya dövlət tərəfindən təkrar emala yönləndirilməsi zamanı yaranan suallar geniş auditoriyanın diqqətini çəkir.
Bəs utilizasiya prosesi əslində nədir? Hansı hallarda ödəniş tələb olunur və bu proses vətəndaşlara hansı üstünlükləri təqdim edir?

Məsələ ilə bağlı "Təmiz Şəhər" ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, avtomobilin bütün hissələri utilizasiyaya daxildir, yəni hər formada utilizasiyaya qəbul olunur. "Avtomobilin ilinin köhnə olub-olmaması utilizasiya zamanı qiymət fərqi yaratmır. Burada iki əsas anlayış mövcuddur: utilizasiya haqqı və texniki baxış haqqı. Avtomobilin ilinin köhnə olub-olmaması utilizasiya haqqına təsir göstərir. Utilizasiya haqqı həm nəqliyyat vasitəsinin idxalı zamanı, həm də texniki baxış zamanı tətbiq olunur. İdxalda bu haqqı nəqliyyat vasitəsini ölkəyə gətirən şəxs ödəyir. Texniki baxış zamanı isə bu haqq bütün nəqliyyat vasitələrinin sahiblərindən tutulur. Burada avtomobilin istehsal ilinə əsasən fərqlilik yaranır. Məsələn, istehsal ili 4 ildən 10 ilə qədər olan avtomobillər üçün texniki baxış haqqı 10 manat, 10 ildən 20 ilə qədər olanlar üçün 20 manat, 20 ildən 30 ilə qədər olanlar üçün 30 manat, 30 ildən yuxarı avtomobillər üçün isə 40 manat təşkil edir. Eyni qayda idxal zamanı da tətbiq olunur. İstehsal ili 4 ildən 7 ilə qədər olan avtomobillər üçün utilizasiya haqqı 400 manat, 7 ildən 10 ilə qədər olanlar üçün 700 manatdır. 10 ildən yuxarı avtomobillərin idxalı isə qadağandır. 4 ilə qədər olan avtomobillər üçün utilizasiya haqqı tutulmur".

Həmçinin bildirilib ki, əgər sağlam bir avtomobil dövlət yol polisi idarəsinə texniki baxışdan keçmək üçün aparılırsa, bu zaman utilizasiya haqqı avtomobilin ilinə əsasən müəyyən olunur. "Eyni zamanda, idxal zamanı da avtomobilin ili nəzərə alınaraq utilizasiya haqqı fərqlənir. Lakin avtomobili birbaşa utilizasiyaya vermək (məsələn, köhnə avtomobili təhvil verib yeni güzəşt almaq) halında artıq standart qiymətlər tətbiq olunur. Avtomobillər təsnifata uyğun olaraq qiymətləndirilir və bu qiymətlər cədvəllərdə göstərilir. Məsələn, minik avtomobili üçün dövlət tərəfindən 1050 manat ödənilə bilər. Əgər avtomobil güzəştli alınacaqsa, bu məbləğ 1500 manatdan hesablanır".

Fidan
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO
Bakıda "Ferrari"nin sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO
Boş yerə sığmayan sürücü ikinci cərgəni zəbt etdi - VİDEO
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO










