«Mədəniyyətin növü – yol hərəkəti qaydaları» - FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqəsinin qalibi olmuş “Mədəniyyətin növü – yol hərəkəti qaydaları” adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə hüquqşunas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı da iştirak edib. Tədbiri açan YAP GB Ofisinin təşkilatı işlər üzrə koordinatoru Elmar Məmmədov layihə haqqında fikirlərini bölüşüb. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Mədəniyyətin növü – yol hərəkəti qaydaları” adlı layihənin aktual olduğunu qeyd edib.
Sonra “Mədəniyyətin növü – yol hərəkəti qaydaları” adlı layihənin rəhbəri Sənan Məmmədli layihə haqqında ətraflı məlumat verib və layihənin yol hərəkəti qaydalarını öyrənmək baxımından vacib olduğunu bildirib. Sənan Məmmədli bildirib ki, Azərbaycan vətəndaşı yol nişanlarının öyrənməsinin mütləq olduğunu və hər kəsin qaydalara uyğun hərəkət etməsinin vacibliyini qeyd edib.
Ekspert Ərşad Hüseynov lahiyə haqqında danışaraq bildirib ki, bu, çox aktual mövzudup. O bildirib ki, yol hərəkəti qaydalarının öyrənilməsində və təbliğ edilməsində gənclərin rolu böyükdür: «Gənclər yol hərəkəti qaydalarını bilməli və təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməməlidir. Əgər cərimə edilibsə onun ödənilməsinə əməl etməlidir. Gənclərimiz piyada keçidlərində də diqqətli olmalıdır».
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, gənclər daha çox piyada keçidlərində qaydaları pozurlar. Buna görə də onlar diqqətli olmalı və qaydaların pozulmaması üçün yol hərəkəti qaydalarını bilməlidirlər. O qeyd edib ki, rəhbərlik etdiyi Avtosfer.az saytı hər zaman gənclərlə birlikdə maraqlı layihələr həyata keçirir və gənclərin hər hansı təşəbbüsləri olarsa, hansısa problemi qabartmaq istəyi yaranarsa, onlara dəstək verməyə hazırdır.
Tədbirdə layihədə iştirak edən gənclərin sualları qonaqlar tərəfindən cavablandırılıb. Sonda isə lahiyənin davamında aktiv iştirak edən gənclərə sertifikat verilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO





















