Banner

Mədət Quliyevdən kəmər taxmayan sürücülərə nümunə - VİDEO

Qaydalar 12 May 2025 11:00 Oxunub 1678
Mədət Quliyevdən kəmər taxmayan sürücülərə nümunə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Milli Qəhrəman Mədət Quliyevin sükan arxasında qeydə alınmış görüntüləri sosial şəbəkədə gündəm olub. Avtosfer.az xəbər verir ki, Mədət Quliyev sükan arxasına keçən zaman hərəkətə başlamamışdan öncə təhlükəsizlik kəmərini taxıb. Hərəkət zamanı kəmərdən istifadə etdiyi görüntüyə aydın şəkildə əks olunub.

Bəzən insanlar tutduqları mövqedən sui-istifadə edərək qayda pozuntusu törədirlər. Əsasən, yeni məşhurluq qazanmış müğənnilər kəmərdən istifadə etməyi özlərinə sığışdırmırlar. Lakin Mədət Quliyev etdiyi bu hərəkətlə həmin insanlara yaxşı mənada nümunə olub.

Qeyd edək ki, Mədət Quliyev 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində işləyir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh