Banner

Məhəllə girişini hər gün zəbt edən sürücülər CƏRİMƏLƏNDİ - VİDEO - YENİLƏNİB

Qaydalar 2 Oktyabr 2025 20:55 Oxunub 4846
Məhəllə girişini hər gün zəbt edən sürücülər CƏRİMƏLƏNDİ - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az-ın məlumatına görə, qeyd edilən ərazidə avtomobilləri qanunsuz park edən sürücülər Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin sürücülər barəsində inzibati protokol tərtib edilib.

***

16:00

***

 

Paytaxtın Nəsimi rayonu, Mustafa bəy Topçubaşov və Akademik Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsidən qayda pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanınq video göndərib. Kadrdan göründüyü kimi, 90-VR-027 dövlət nömrə nişanlı “KIA” markalı, 77-YM-527 dövlət nömrə nişanlı “Chevrolet” markalı və 99-SM-490 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillərin sürücüləri daysnma-durma qaydalarını pozublar. 

Sakinin iddiasına əsasən, sözügedən sürücülər avtomobillərini mütəmadi olaraq yaşayış kompleksinin giriş-çıxışında park edirlər. Nəticədə məhəlləyə daxil olan, yaxud çıxan sürücülərin hərəkəti çətinləşir. Üstəlik qayda pozan sürücülər yaşayış kompleksinin sakinləri deyil.

Xatırladaq ki, məhəllənin girişində, yəni küçəyə çıxan yollara birbaşa qoşulan hissələrdə park etmək qadağandır. Qanunvericiliyə görə, nəqliyyat vasitələri kəsişmələrdən və yol girişlərindən müəyyən məsafədə - 5–10 metr uzaqda park olunmalıdır. Məhəllənin girişində avtomobil saxlanması həm giriş-çıxışı, həm də təcili yardım və xidmət avtomobillərinin keçidini çətinləşdirir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh