Məhkəmə 3 nəfərin ölümünə səbəb olan sürücünün cəzasını azaldıb

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vitaliy Sarayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Aqil Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, V.Sarayevin 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib. Qeyd edək ki, ittiham aktına əsasən, V.Sarayev 19 mart 2013-cü tarixdə saat 00:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Rav 4“ markalı, 10 VN 702 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində Bakı şəhəri istiqamətində Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınla toqquşub. Nəticədə “Toyota Rav 4“ markalı avtomobildə olan sərnişinlər - 1951-ci il təvəllüdlü Şükür Əliyevlə 1965-ci il təvəllüdlü Nahid Məmmədov və digər maşında olan sərnişin 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində ölüb. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunan V.Sarayevin barəsində həbs qətimkan tədbiri seçilməyib. 2015-ci ilin dekabr ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. V.Sarayev məhkəmə zalında həbs olunub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












