Məhkəmə BNA-nın kamerasını qanunsuz sayıb CƏRİMƏNİ LƏĞV ETDİ - FOTO

Qaydalar 2 Yanvar 2023 12:10 Oxunub 3424
Məhkəmə BNA-nın kamerasını qanunsuz sayıb CƏRİMƏNİ LƏĞV ETDİ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnən sürücü həmin qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edib. Sürücü Avtosfer.az-a bildirib ki, məhkəmə onun şikayətini təmin edərək qərara xitam verib. Belə ki, o, paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində ("Caspian Plaza"nın yanında) avtomobilini park edən zaman BNA-nın əməkdaşları stasionar kamera ilə onun barəsində cərimə tətbiq edib. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində dayanma-durmaya görə kamera ilə cərimə yazılması nəzərdə tutulmadığından sürücü həmin qərardan məhkəməyə müraciət edib. 
Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi ilə keçirilən məhkəmədə BNA-nın yazdığı cərimələrin qanunsuz olduğu bildirilib və bu səbəbdən hakim həmin qərara xitam verərək sürücünün şikayətini təmin edib.
Məhkəmənin qərarını təqdim edirik:


Leyla

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh