Məktəblinin ölümünə səbəb olan sürücünün cəzası yüngülləşdirilib

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurlan Xeyrulla oğlu Fərhadov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. “Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. N.Fərhadovun cəzası 9 ildən 8 ilə endirilib.
Qeyd edək ki, 2015-ci il aprel ayının 23-də Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Belə ki, həmin il aprelin 22-də saat 09:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini N.Fərhadov saxlanılıb. Qəzada ölən 9 yaşlı piyada orta məktəbin 3-cü sinif şagirdi olub. 2015-ci il dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












