Məmur oğlunun öldüyü dəhşətli qəza ilə bağlı - ŞOK DETALLAR-VİDEO

Bakıda vəzifəli məmur oğlunun öldüyü dəhşətli qəza ilə bağlı ŞOK DETALLAR üzə çıxdıÖtən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin aludəçisi olub. Hətta bir neçə dəfə Xalid Haqverdiyev idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən həbs edilib. FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan "Howo" markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib. O, yük avtomobilini sürətlə idarə etdiyi üçün idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü maşından aşağı atıb xilas olmaq istəyərkən, "Howo" avtomobilinin təkərləri altına düşüb.
Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir.
Eyni zamanda Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












