Məntəqələrdən kənarda elektromobilləri şarj etmək olar? Qanun nə deyir? - FOTO

Son illərdə elektromobillər ekoloji təmizlik və iqtisadi sərfəlilik baxımından dünyanın bir çox ölkəsində sürətlə yayılmaqdadır. Azərbaycanda da bu nəqliyyat vasitələrinə maraq günü-gündən artır. Çünki elektrik avtomobilləri yanacaq xərclərini azaldır və ətraf mühitin qorunmasına töhfə verir. Bununla belə, elektromobillərin geniş istifadəsi üçün müvafiq infrastrukturun, o cümlədən, şarj stansiyalarının kifayət qədər olmaması bəzi problemlərə yol açır.
Hazırda bir çox vətəndaş elektrikdoldurma məntəqələrinin azlığı səbəbindən, avtomobillərini ev şəraitində kustar üsulla və ya qeyri-standart cihazlarla şarj etməyə məcbur qalır. Bu isə həm onların şəxsi təhlükəsizliyini, həm də elektrik şəbəkəsinin sabitliyini təhlükə altına qoyur. Ekspertlər bildirir ki, standartlara uyğun olmayan cihazlardan istifadə elektromobilin texniki vəziyyətinə də ciddi zərər verə bilər.
Milli Məclisin sabiq deputatı İltizam Yusifov Avtosfer.az-a bildirib ki, kustar üsulla hazırlanmış şarj cihazlarının və ya qurğuların istifadəsi qəti şəkildə yolverilməzdir:
"Bu cihazlar nəinki təhlükə yaradır, həm də qanunvericiliyə ziddir. Elektrik avtomobillərinin şarjı üçün xüsusi sertifikatlı şarj cihazlarından istifadə edilməlidir. Bu cihazlar mövcud elektrik şəbəkəsinin gücünə uyğun seçilməli və təhlükəsizlik qaydalarına tam cavab verməlidir. Kustar üsulla hazırlanmış cihazların istifadəsi bir çox problemlərə səbəb ola bilər. Bu cür qurğuların birbaşa şəbəkəyə qoşulması enerji təminatında ciddi fəsadlar yarada bilər. Mövcud qaydalar və normalar artıq müvafiq qurumlar, o cümlədən, Energetika Nazirliyi, “Azərenerji” və “Azərişıq” tərəfindən tənzimlənir. Bu səbəbdən yeni qanuna ehtiyac yoxdur. Sadəcə vətəndaşlarımız təhlükəsizlik qaydalarına riayət etməli və yalnız standartlara uyğun şarj cihazlarından istifadə etməlidirlər".
İltizam Yusifov həmçinin vurğulayıb ki, hazırda ölkədə elektromobillərinin şarjı üçün kifayət qədər şəraitin olmaması bəzi vətəndaşları məcbur edir ki, kustar üsullara üz tutsunlar:
"Bu problemin həlli üçün dövlət tərəfindən daha çox sertifikatlı elektrikdoldurma məntəqələrinin yaradılması və əlçatanlığının təmin edilməsi vacibdir. Əks halda, kustar üsullardan istifadənin qarşısını almaq çətin olacaq. İnkişaf etmiş ölkələrdə, ümumiyyətlə, nəqliyyat vasitəsini idarə edən şəxslərin qapalı məkanlarda, yaxud elektrikdoldurma məntəqələrindən kənarda avtomobilini şarj etməsi ilə bağlı hansısa fakt mövcud deyil. Həmin ölkələrdə məntəqələrin sayı kifayət qədər yüksək olduğu üçün vətəndaşların da kustar üsulla, yaxud hansısa cihaz əldə edərək şarj etmək kimi düşüncələri də olmur".
Sabiq deputat sonda qeyd edib ki, vətəndaşların təhlükəsizliyinin tam edilməsi məqsədilə Azərbaycanda da belə məntəqələrin sayı artırılmalı və bu sahədə infrastruktur sürətlə inkişaf etdirilməlidir.
Fidan
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












