“Mercedes” “KamAZ”ın altına girdi: 1 ölü, 3 yaralı – AİLƏ FACİƏSİ - VİDEO

Ötən gecə yollarda ölümlə nəticələnən qəzalar baş verib. Təkcə statistikaya nəzər yetirmək kifayətdir ki, acınacaqlı mənzərə aydın olsun. Başa vurduğumuz gecə yaşanan qəzalarda 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Bu onu göstərir ki, sürücülər sürət həddini keçməyərək, sükan arxasında sayıqlığı əldən verməməlidirlər. Əks halda qaçınılmaz faciələr ola bilər.
Avtomobilin dirəyə çırpılması nəticəsində 2 nəfər ölüb. Hadisə Bakı-Quba yolunun 101-ci km-də Siyəzən rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 59 yaşlı Hamlet İlyasovun idarə etdiyi maşın işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Sürücünün həyat yoldaşı, 56 yaşlı Məlahət İlyasova Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində qəza baş verib. Qatı dumanlı havada minik və yük avtomobilləri toqquşub. Nəticədə Beyləqan rayon sakini, 22 yaşlı Fidan Cavadzadə ölüb. Onun bacısı, 25 yaşlı Sahilə Cavadzadə, 50 yaşlı Şamil Əsədov və 50 yaşlı Həqiqət Xanzanova ağır xəsarətlərlə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Göygöl rayonunda da ağır yol nəqliyyat qəzası baş verib. Sürücü Peyman Mirzəyevin idarəetməni itirməsi nəticəsində avtomobil qarşı zolağa cıxıb və öndən gələn minik avtomobili ilə toqquşub. Nəticədə 33 yaşlı Yunis Xıdırov, 29 yaşlı Vəfa Xıdırova, 22 yaşlı İsmayıl Əmirov və Göygöl rayon Şəhriyar kənd sakini 24 yaşlı Elxan Nəbiyev xəsarət alıb. Həkimlərin səylərinə baxmayaraq, Elxan Nəbiyev dünyasını dəyişib.
Yevlaxda isə yolu keçən 62 yaşlı kişini maşın vurub. Hadisə Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində baş verib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Tofiq Hüseynov hadisə yerində dünyasını dəyişib.
Mərdəkan yolunda zəncirvari QƏZA - VİDEO
Ağır QƏZA: 35 ölü, 30 yaralı - Bu ölkədə
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO
Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET
Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Gəncənin bu küçəsində bəzi sürücülər "at oynadır" - VİDEO
Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO
Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO










