Mərdəkanda “VAZ”la “sağ-sol” edib təhlükə yaradan sürücü - 77-NP-937 - VİDEO

Qaydalar 28 Oktyabr 2024 12:37 Oxunub 186
Mərdəkanda “VAZ”la “sağ-sol” edib təhlükə yaradan sürücü - 77-NP-937   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan 77-NP-937 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, yolun boş olmasında sui-istifadə edən sürücü, maşını gah sağa, gah da sola manevr edərək özüylə yanaşı sərnişinləri də təhlükəyə atıb. Eyni zamanda avtomobilə konstruksiya dəyişikliyi edən sürücü nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb.

Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tənzimlənir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh