Məşhur dairədə maşınların üstünə "protiv" gedən sürücünü yol polisi cəzalandırdı - VİDEO
Qaydalar
24 Mart 2023 14:00
Oxunub 1448
Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində qaydaları kobud şəkildə pozan sürücü cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, 77-DN-776 dövlət qeydiyyat nişanlı, "Ford" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının əksi istiqamətinə çıxaraq axına qarşı hərəkət edib. Yayılmış videogörüntüdən sonra Dövlət Yol Polisi İdarəsi araşdırmaya başlayıb. Məlum olub ki, xətanı Əliyev Orxan Mərdan oğlu törədib. O, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib.
Nurlan Sakitoğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR