Metroda bu hərəkətləri etməyin: cərimə oluna bilərsiziniz

İctimai nəqliyyatda qaydaları pozan hər bir kəsə qarşı cərimə tədbiq olunur. Bu qayda metro istifadəçilərinə aiddir. Bəs, metroda hansı hərəkətimizə görə bizi cərimə gözləyir? Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirib ki, cərimələrin miqdarı qadağan edilən hərəkətə görə dəyişir:
1. Stansiyaların vestibül, keçid, platforma, eskalator və vaqonların salonunu zibilləyən, yaxud həmin obyektlərin üzərində hər hansı yazı yazan şəxsləri on beş manat cərimə gözləyir.
2. Məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olan, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edən şəxsləri də on beş manat cərimə gözləyir.
3. Eskalatorda sürahinin üstünə əşya qoyan şəxsləri iyirmi manat cərimə gözləyir.
4. Dəmir yoluna hər hansı əşya atan şəxs otuz manat cərimə edilir.
5. Eskalatorun sürahisini çıxardan, zərurət olmadan “Stop” açarından istifadə edən, stansiyaların vestibüll, keçid və platformalarında, vaqonlarda siqaret çəkən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açan, qatarın yola düşməsini ləngidən şəxslər 50 manat cərimə olunur.
6.Həmçinin, özbaşına dəmir yoluna düşən, metropolitenin işçiləri üçün nəzərdə tutulan ərazilərə daxil olan, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə edən şəxsləri də 50 manat cərimə gözləyir”.
Odur ki, metroda cərimələnmək istəmirsinizsə, təhlükəsizlik qaydalarına əməl etməlisiniz.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













