Metrodakı SOS aparatlar nə məqsədlə quraşdırılıb?

Bakı Metropoliteninin bütün stansiyalarında bir müddətdir üzərinə SOS yazılmış aparatlar quraşdırılıb. Əksər metro istifadəçiləri bu aparatlardan hansı hallarda istifadə olunması barədə məlumatsızdırlar. Əslində bu aparatlar nə məqsədlə quraşdırılıb? Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu aparatlar yalnız fövqəladə hadisələr zamanı istifadə üçün nəzərdə tutulub. Belə hal baş verərsə, həmin aparatlar vasitəsilə birbaşa dispetçerə məlumat verilir: "Aparatdakı telefonun dəstəyini qaldıran kimi zəng edən şəxs videokamera vasitəsilə qeydə alınır. Yəni hər hansı yanlış məlumat zamanı bunu ayırd etmək mümkündür. Eyni zamanda, aparatdakı digər kamera vasitəsilə dispetçer verilən məlumatın doğruluğunu canlı olaraq izləmək imkanına malikdir. Yəni, məlumat verilərkən dispetçer stansiyadakı müşahidə kamerası ilə həmin ərazini görə bilir".
N.Paşayev bildirib ki, bu vaxta qədər stansiyalarda hər hansısa fövqəladə hadisə baş vermədiyi üçün aparatlardan istifadə edilməyib: "Lakin bir neçə məsuliyyətsiz sərnişin bu aparatdan istifadə edib. Nəticədə həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












