“Modern məktəb”in önündə xaos: Sürücülər hər gün tıxacda qalır - VİDEO

Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində günün müxtəlif saatlarında sıxlıq müşahidə olunur.
Məsələylə bağlı izləyicimiz Avtosfer.az-a videomaterial göndərib. Belə ki, yolun hərəkət hissəsində park edilmiş nəqliyyat vasitələri tıxac yaradır. Şikayətçinin iddiasına görə, xoşagəlməz mənzərəyə səbəb ərazidə yerləşən Bakı Modern Təhsil Kompleksindən (BMTK) qaynaqlanır. O bildirib ki, övladlarını məktəbə gətirən valideynlər adətən avtomobillərini təhsil kompleksinin önündə saxlayır. Nəticədə yolu zəbt edən nəqliyyat vasitələri maşınların hərəkətinə əngəl törədir və sürücülər dəqiqələrlə tıxacda gözləməli olurlar. İzləyici, həmçinin səhər saatlarındakı sıxlığın axşam da təkrarlandığını əlavə edib.
Ümid edirik ki, sürücülərin haqlı narazılığına səbəb olan bu görüntüylə bağlı aidiyyəti qurum tez zamanda tədbir görəcək.
Xatırladaq ki, dayanma-durma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat ödəmək məcburiyyətindədir.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










