Motosiklet sürücülərinin dəbilqəyə vurduğu örtüklər cərimə səbəbidir – RƏSMİ AÇIQLAMA - FOTO

Bəzən motosiklet sürücüləri fərqlilik yaratmaq və dəbilqələrinə estetik görüntü qatmaq məqsədilə onların üzərinə bəzi heyvanların görünüşünü örtük, stiker və ya başqa elementlər kimi əlavə edirlər.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə bu məsələ ilə bağlı sürücülər arasında tez-tez suallar yaranır. Bu dəyişikliklərin yol hərəkəti təhlükəsizliyi və hüquqi məsuliyyət baxımından hansı nəticələrə səbəb ola biləcəyi isə müzakirə mövzusudur.
Mövzu ilə bağlı avtomobil eksperti Eldəniz Cəfərovun fikrincə, mövcud qanunvericiliyə əsasən, motosiklet sürücüləri üçün dəbilqə taxmaq məcburidir:
“Azərbaycanda motosiklet dəbilqəsinin üzərinə örtük, stiker və ya hansısa elementin əlavə olunması ilə bağlı birbaşa qadağa və ya cərimə nəzərdə tutulmayıb. Dəbilqəyə estetik məqsədlə əlavə olunan bəzəklər, əgər təhlükəsizlik və sürücünün aydın görməsinə təsir etmirsə, cərimə səbəbi deyil".
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev isə saytımıza açıqlamasında bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülər hələ də bu kimi əməllərə yol verirlər:
"Baş DYP İdarəsi motosiklet sürücülərinin dəbilqəyə vurduqları müxtəlif çağırışların, şüarların, fotoşəkillərin, eləcə də etiket və sair məlumatların hərəkət iştirakçılarına emosional təsiri baxımından və hərəkətin təhlükəsizliyi nöqteyi-nəzərindən yolverilməz olduğunu bir daha sürücülərin diqqətinə çatdırır. Belə hallara qarşı adekvat tədbirlərin görüldüyünü bildiririk".
İnzibati Xətalar Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, motosiklet sürücüsünün dəbilqə taxmaması və ya onu düzgün bağlamaması halında 40 manat məbləğində cərimə tətbiq olunmasını nəzərdə tutur.
Əgər dəbilqəyə əlavə edilən bəzəklər sürücünün görmə qabiliyyətini azaldır və ya yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərirsə, bu, 327.1-ci maddəyə əsasən “yol hərəkəti qaydalarının pozulması” kimi qiymətləndirilə və 40 manat cərimə ilə nəticələnə bilər.
Fidan
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










