"Moyka"ya tələsən sürücü əks yola çıxıb 2 dəfə qırmızıda keçdi - VİDEO
Qaydalar
16 May 2025 18:18
Oxunub 1952

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 2-də, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb.
Belə ki, 99-SS-887 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü əvvəlcə qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Ardınca svetoforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirib. Sürücü bununla kifayətlənməyərək, növbəti svetoforun da qırmızı işığında yoluna davam edib. Qaydaları dəfələrlə pozan sürücünün sonda bir avtoyuma məntəqəsinin qarşısında dayandığı müşahidə olunur. Görünür, o, avtomobilini təmizlətdirmək üçün bu qədər ciddi qayda pozuntularına yol verib.
Fərid
ŞƏRH YAZ














