Müğənninin həbsxanadakı əri azadlığa buraxıldı - "Avtoş"luğa görə tutulmuşdu

Müğənni Zenfira İbrahimovanın idmançı əri Anar Heydərov azadlığa buraxılıb. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının həyat yoldaşı bu gün həbsdən azad edilib. Azadlığa çıxan Anar həbs edilməsinə görə onu qınayanların cavabını belə verib: "Mənim bu həyatda başıma çox işlər gəlib. Heç də pis olmadım. Qanun hər birimiz üçün keçərlidir. Mən də Azərbaycanın bir oğluyam və elədiyim səhvə görə cəzamı çəkdim. Sosial şəbəkələrdə haqqımda çox rəy yazanlar oldu. Gördüm ki, həbs edilməyim çoxlarının ürəyindən olub. Sadəcə deyirəm ki, Allahınız bilsin. Allah hər sevdiyi bəndəsini sınağa çəkər və gözünü açar. Siz məni sevməsəniz də olar".
Xatırladaq ki, A.Heydərov iyunun 25-də, saat 19:40 radələrində 10 B 216 dövlət nömrə nişanlı motosikleti ilə Zaqulba prospektində üzü Bilgəh istiqamətində hərəkətdə olan zaman avtoxuliqanlıq edib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə "saxla" işarəsi verməsinə məhəl qoymayaraq, hərəkəti davam etdirib. Bunu görən yol polisləri qarşıda süni sıxlıq yaradaraq baykeri dayandıra biliblər. Onun sürücülük vəsiqəsində motosiklet idarə etmək üçün müvafiq kateqoriyanın, eləcə də, etibarnamənin olmadığı üzə çıxıb. Anar Heydərovun barəsində toplanmış materiallar Xəzər rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə qərarı ilə A.Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












