Narkoman sürücü yük maşını ilə təhlükəli şou göstərdi - DYP görüntüləri yaydı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən Bakı-Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan "Shacman" markalı yük avtomobilinə "saxla" işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.
O, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyən edilib. Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi, eyni zamanda, sürücülük hüququ olmadan, həmçinin kütlə parametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yol verdiyi məlum olub.
Sol zolaqda asta gedən sürücü ötmə edənlərin yolunu kəsdi - 77-XL-007 - VİDEO
"Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaq cəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına götürülərək həmin cəhdlərin qarşısı vaxtında alınıb.
G.Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
BDYPİ bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür", - deyə məlumatda qeyd olunub.
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










