Narkoman taksi sürücüsü həbs edildi - FOTO - VİDEO

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa Nizami RPİ DYŞ-nin əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədi ilə profilaktik tədbirlər təşkil edilib. Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Onu da vurğulayaq ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobillər taksi fəaliyyətinə cəlb edilə bilməzlər.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO













