Narkotik çəkib yük avtomobili sürdü - Məhkəmə isə... - VİDEO

22 aprel 2026-cı il tarixində saat 13:00 radələrində Bakı–Quba yolunun 129-cu kilometrliyində “DAF” markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.
Avtosfer.az xəbər verir ki, həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.
DYP elektroskuter istifadəçilərinə müraciət ETDİ - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO












