Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, BDYPİ-nin Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, E.Əhmədov əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib.
Faktiki olaraq faciənin bir addımlığında olduqlarını nəzərə almayan sərnişinlər isə E.Əhmədovu hüquqazidd davranışlardan çəkindirmək əvəzinə, baş verənləri videogörüntüyə almaqla, onu daha da həvəsləndirməyə çalışıblar.
E.Əhmədov barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o, 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 1 aylıq inzibati həbs olunub.
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO












