Nasazlığa görə yol polisi avtomobili duracağa apara bilər?- İZAH

Günün ən aktual mövzularından biri də nasazlığa görə avtomobilin duracağa aparılması məsələsidir. Yol polisləri tərəfindən dayandırılmış avtomobillərdə nasazlıq aşkar edilən zaman bir çox hallarda əməkdaşlar həmin avtomobili mühafizə olunan duracağa təmin edirlər. Bunun nə dərəcədə qanuni olub-olmadığı isə sürücülərə qaranlıq qalır.
“Yol Hərəkəti Haqqında Qanun”un 1 saylı əlavəsində nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı verilib. Həmin nasazlıqların siyahısında tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürlərinin nasazlıqları sadalanıb və qeyd edilib ki, bütün bu nasazlıqlar aradan qaldırılmalıdır.
Bəs qanunvericiliyə görə bu nasazlıqlar aşkar edildikdə avtomobil mühafizə olunan duracağa aparılmalıdırmı?
Sürücünün nəqliyyat vasitəsindən kənarlaşdırılması və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi “İnzibati Xətalar Məcəlləsi”nin 96-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə ümumiyyətlə nasazlığa görə avtomobilin mühafizə olunan duracağa aparılması nəzərdə tutulmayıb. Ona görə də avtomobildə olan istənilən nasazlığa görə sürücünün sükan arxasından kənarlaşdırılması və avtomobilin mühafizə olunan duracağa aparılması yolverilməzdir.
Lakin avtomobildə olan nasazlıq sürücünün özünə və digər hərəkət iştirakçılarına təhlükə yarada bilər. Hətta tormozda, təkərlərdə, sükan idarə mexanizmində yaranan nasazlığın aradan qaldırılmaması ölümlə nəticələnə biləcək yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər. Ona görə də sürücülərə tövsiyə edirik ki, avtomobillərini daima saz vəziyyətdə saxlasınlar.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












