Naviqasiyanın səhv göstərdiyi yolda qayda pozan sürücüləri hansı cəza gözləyir? - AÇIQLAMA - FOTO

Son vaxtlar bəzi sürücülər narazılıq edirlər ki, naviqasiya sisteminin göstərdiyi istiqamət üzrə hərəkət etdikdə qayda pozmuş sürücü kimi saxlanılıb ona cərimə olunurlar və yaxud da, kamera vasitəsilə cərimə tətbiq olunur. Vətəndaşlar hesab edirlər ki, naviqasiyanın göstərdiyi ünvana getdikləri üçün onlar haqlıdırlar və yol polisi onları məsuliyyətə cəlb edə bilməz. Belə olan halda sual yaranır; naviqasiya sisteminin verdiyi istiqamət üzrə hərəkət etmək sürücünü məsuliyyətdən azad edirmi?

Bu suala cavabında Avtosfer.az saytının baş redaktoru, yol-hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı aydınlıq gətirib. Ekspert bildirib ki, həqiqətən də naviqator sistemindən istifadə edən bəzi sürücülər yol-hərəkəti qaydalarını pozub günahı sistemin üstünə atırlar ki, naviqasiya istiqaməti belə göstərir: “Amma qanunvericilikdə bununla bağlı heç bir müddəa olmadığına görə birmənalı şəkildə deyirəm ki, sürücülər naviqasiya sisteminə yox, yolda quraşdırılan nişanlara, nişanlanma xətlərinə, svetaforlara, digər nizamlayıcılara diqqət etməlidirlər. “Naviqasiya göstərdi” – bu, qanunda olmayan bir məsələdir. Çox təəssüflər olsun ki, Azərbaycanda tək-tük naviqasiya sistemləri normal işləyir. Digərləri yalnış istiqamət göstərir və yaxud da, beş il bundan qabaq hər hansı bir sistem düzəldiblər, sonra yol hərəkətinin təşkilində hər hansı bir dəyişiklik baş verəndə nəzərə almırlar. Nəticədə sistemi yeniləmir, əraziyə baxmırlar. Bu sistemi quranlar başa düşməlidirlər ki, Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi ilə, respublikanın digər bölgələrində isə Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsi və yaxud da, Hərəkətin Təşkili şöbəsi ilə mütəmadi olaraq əlaqədə olmalıdırlar. Amma bu o demək deyil ki, hər yerindən duran naviqasiya sistemi yaradıb şəhərin canına düşməlidir.”
Elməddin Muradlının sözlərinə görə, normal naviqasiya sistemləri var, onlar hərəkətin təşkili ilə bağlı edilən dəyişiklikləri vaxtlı-vaxtında polisdən, Bakı Nəqliyyat Agentliyindən almalıdırlar, qeydiyyata salmalıdırlar, gedib ərazidə çəkiliş etməli və sistemi yeniləməlidirlər: “Yoxsa bəzi sistemlər var ki, 5-10 ildən bir sistemə baxır, ya heç baxmırlar, sonda da bu cür nəticələr ortaya çıxır”.
Məsələyə aydınlıq gətirən ekspert, sonda sürücülərə müraciət edərək sözlərinə əlavə edib ki, “naviqasiya belə göstərdi, elə göstərdi” deyilən anlayış bizim qanunvericilikdə keçmir. Unutmayın ki, sistemin sizə verdiyi işarə “Yol-hərəkəti haqqında” qanunun tələblərindən, İnzibati Xətalar Məcəlləsinin maddələrindən, məsuliyyətdən azad etmir. Ona görə də, naviqasiya sistemi sizə yol göstərə bilər, lakin əsas yolu sizə qanunda nəzərdə tutulan nişanlar, nişanlanma xətləri, svetafor və digər nizamlayıcılar göstərir”.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












