Neçə ilin sürücüsüdür, amma qanundan xəbəri yoxdur - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 23-də, paytaxtın Bayıl qəsəbəsi, Ziya Yusifzadə küçəsində baş verib.
Belə ki, yolun kənarında park edilən 77-EK-790 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü qəfildən qapını açaraq avtomobildən düşüb. Bu zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü anidən dayanaraq hadisənin qarşısını alıb.
"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO








