Banner

Neftçilər prospektindəki tıxac buna görə yaranır - Belə etməyin - VİDEO

Qaydalar 10 İyun 2025 10:00 Oxunub 4400
Neftçilər prospektindəki tıxac buna görə yaranır - Belə etməyin  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzində yerləşən və xalq arasında “Torqovi” kimi tanınan əraziyə avtomobillə girişə həftə sonları məhdudiyyət tətbiq olunur. Avtosfer.az xəbər verir ki, Tərlan Əliyarbəyov küçəsindən "Torqovi"yə giriş hissəsində şlaqbaum qurulub və buradan şənbə-bazar günləri yalnız ərazidə daimi yaşayan sakinlərin avtomobillə keçməsinə icazə verilir.

Lakin bu məhdudiyyətə baxmayaraq, əksər sürücülər həmin şlaqbaumun önündə toplaşaraq oradan keçməyə cəhd edirlər. Nəticədə, Neftçilər prospektində süni tıxac yaranır.

Bu hal təkcə ümumi nəqliyyat axınına mane olmaqla kifayətlənmir, həm də həmin ərazidə yaşayan sakinlərin öz evlərinə gedib çatmasına ciddi çətinliklər yaradır. Odur ki, həmin əraziyə üz tutan sürücülərdən xahiş edirik ki, həftənin şənbə və bazar günləri şlaqbaumun bağlı olduğunu unutmasınlar və lüzumsuz yerə dayanaraq tıxac yaratmasınlar.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh