Neftçilər prospektini bir-birinə qatan "avtoşları" yol polisləri belə saxladı - ANBAAN VİDEO

Bakıda baş verən film kimi hadisənin görüntüləri anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan "VAZ 2106" və "VAZ 2114" markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib. Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar. Lakin onların qarşısına qəfildən maneə çıxıb. "VAZ 2106" markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb. Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal "VAZ 2114" markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.
Sözügedən görüntüləri təqdim edirik:
Şəfa
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










