Nəqliyyat Nazirliyi və DYP əməkdaşları birgə reyd keçirib - VİDEO

Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları Beyləqan rayonunda qaydaları pozan sürücülərə qarşı birgə reyd keçirib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücülər müəyyənləşdirilib. DANX-ın Beyləqan rayon regional şöbəsinin məsləhətçisi Sənan Quliyev bildirib ki, reyd zamanı 50-dən çox sürücünün qaydaları pozması aşkar edilib: "Qayda pozan sürücülər barəsində müaviq tədbirlər görülüb. Reyd zamanı fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb".
S.Quliyev, həmçinin əlavə edib ki, reyd zamanı müfəttişləri təhqir edən, onların qanuni tələblərinə riayət etməyən və tabe olmayan sürücülərə də rast gəlinib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












