Nərimanovda avtobus zolağına girən sürücü Nəsimidə “ara işlədi” - VİDEO

Paytaxtda yol hərəkəti qaydalarını pozan sürücü videosunu özünün sosial şəbəkə hesabında yayıb.
Avtosfer.az xəbər verir ki, Bakının həm Atatürk prospekti həm də Əcəmi Naxçıvani küçəsində 77-AD-210 qeydiyyat nişanlı “KIA” markalı avtomobillin sürücüsü kobud şəkildə dəfələrlə manevr və ötmə qaydalarını pozaraq “ara işləyib”.
O, bu hərəkəti etməklə digər hərəkət iştirakçılarına da təhlükə yaradıb. Daha sonra isə avtobus zolağı ilə hərəkət edib.
Qeyd edək ki, bu cür qayda pozuntuları edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1, yəni yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə 40 manat və eyni zamanda 327.1-1 ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 2 bal və 100 manat məbləğində cərimə edilə bilər.
Hülya
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









