Nərimanovda avtomobilini reklam etdirmək üçün əks yola çıxdı - VİDEO - 77-HF-510
Qaydalar
28 Avqust 2024 17:30
Oxunub 866
Nərimanov rayonunda qayda pozan sürücünün görüntüləri sosial şəbəkədə yayılıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Bakıxanov küçəsində dəfələrlə qayda pozan sürücü “şou” göstərib.
Belə ki, 77-HF-510 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yolda hərəkət edib. Daha sonra isə yolayrıcında dayanaraq avtomobilini nümayiş etdirib.
Digər görüntüdə isə sağ-sol edən sürücü yolda təhlükəli manevrlər edib.
Qeyd edək ki, sürücü əks yola çıxdığına görə İnzibati Xətalar Məcəlləsinin 327.4 -cü maddəsilə 4 bal 150 manat məbləğində, 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Hülya
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR