Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar söküldü - FOTO - VİDEO - YENİLƏNİB

FHN-dən sorğunumuza cavab olaraq bildirilib ki, qanunsuz şlaqbaumlar ərazidən götürülüb:
“Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 1952-ci məhəllə ünvanında avtomatik çəpərləmə qurğusu ilə yolun hərəkət hissəsinin məhdudlaşdırılması barədə bu günədək FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinə heç bir müraciət daxil olmayıb. Qafqazinfo.az saytının sorğusu əsasında əraziyə baxış keçirilərkən sözügedən pozuntu faktı aşkar olunub, tərəfimizdən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılaraq yanğına qarşı məsul olan “İNV” MTK tərəfindən qurğunun operativ olaraq demontaj olunması təmin edilib”.
***
Bakı şəhər Nərimanov rayonu Ədhəm Orucəliyev küçəsi 1952-ci məhəllədə fəaliyyət göstərən bir qrup sakin və sahibkar burada quraşdırılmış şlaqbaumdan narazıdır.
Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şikayətçilər keçidə nəzarət mexanizminin onların gündəlik həyatına mənfi təsir etdiyini bildiriblər.
Onların sözlərinə görə, binanın həyətyanı torpaq sahəsinin giriş-çıxış yolları üzərində quraşdırılmış şlaqbaumlar qanunsuzdur:
“Bir qrup şəxs və şəxslər tərəfindən qanunsuz nəzarət yaradıldığından xeyli vaxtdır sözügedən ünvanın sakinləri olaraq evlərimizə və iş yerlərimizə giriş-çıxışlarda süni maneələrlə qarşılaşırıq. Şlaqbaum quraşdıraraq, pultları müəyyən məbləğə satırlar və almağa məcbur edilirik. Əks halda avtomobillə həyətyanı sahəyə girişimiz məhdudlaşdırılır. Danışıq apardığımız zaman isə “aidiyyəti qurumlarla razılaşmışıq” kimi fikirlər səsləndirirlər”.
Vətəndaşlar məsələ barədə aidiyyəti qurumlara müraciət etdiklərini deyiblər.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, məsələ araşdırılır, müvafiq tədbirlər görüləcək.

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO
Sürücü sərnişinləri yolun ortasında düşürdü, onlar isə… - VİDEO
Yola baxmadan orta zolağa keçən sürücü qəza riski yaratdı - VİDEO
Bakıda toy karvanında "şou" göstərənlərin görüntüləri yayıldı - BİABIRÇILIQ - VİDEO
Taksi sürücüsündən kobud qayda pozuntuları: 5 bal 180 manat - VİDEO
Qoşa xəttə məhəl qoymayan sürücü əks yola çıxıb hərəkəti ləngitdi - VİDEO
Əks yola çıxan avtomobil qəza törətdi, cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü, tənqid olundu - VİDEO - YENİLƏNİB
Bütöv xətdən geriyə dönən sürücü yolu kəsib təhlükə yaratdı - VİDEO
Nişanlanma xəttini mənasız bilən sürücülər qaydaları pozdular - VİDEO
Ötmə üçün əks yola çıxan sürücü az qala avtobusla toqquşacaqdı - VİDEO










