Nərimanovda insanların həyatını heçə sayaraq avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

Qaydalar 3 Sentyabr 2024 10:47 Oxunub 202
Nərimanovda insanların həyatını heçə sayaraq avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəriman Nərimanov prospektində avtoxuliqanlıq edən sürücünün görüntüləri yayılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, "Chevrolet" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirib ki, məsələdən məlumatlıdırlar:

"Aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq sürücü barəsində tədbir görüləcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh