Bu küçədə sürücülər kameraların altında qaydaları pozur - 99-EC-219 - VİDEO

Paytaxtın bir çox ərazilərində sürücülərin kobud qayda pozuntuları şəhər sakinlərininin ciddi narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda avtomobil idarəçilərinin parklama yerindən kənarda saxladıqları maşınlar piyadaların hərəkətinə mane olur.
Belə ki, rayonun Droqal küçəsində “Azparkinq” xidmətinin təşkil etdiyi parklama yerindən kənarda, üzü Dilarə Əliyeva küçəsinə doğru səkilərin kənarlarına, hətta piyada keçidlərinin üzərində saxladıqları avtomobillər uzun müddətdir sakinləri narahat edir.
Əməkdaşımızın ərazidən çəkdiyi görüntülərdə də məlum olur ki, sürücülərin bu cür davranışlarının qarşısını almaq məqsədilə aidiyyəti qurumlar tərəfindən konus maneələr yerləşdirilib. Buna baxmayaraq, bəzi sürücülər həmin konusları qırağa çəkərək yenə də avtomobillərini parklanmaya aid olmayan hissədə saxlamağa davam edirlər. Çəkiliş zamanı da 99-EC-219 qeydiyyat nişanlı “KIA” markalı avtomobil saxlanması qadağan olan hissədə avtomobilini park edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bununla yanaşı, Droqal və Dilarə Əliyeva küçələrinin kəsişməsində, üzü Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin binasına doğru olan hissədə yalnız düzünə istiqaməti göstərən yol nişanı quraşdırılmasına baxmayaraq sürücülər məhz yol nişanına çatdıqları zaman dönmə əməliyyatı həyata keçirirlər. Lakin məhz bu hissədə geriyə və sola dönmə əməliyyatı qadağan edilib.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilir.
Əməkdaşımızın Dilarə Əliyeva və Droqal küçələrində çəkdiyi videonu sizə təqdim edirik:
Səfər
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO











