Bakıda “Hyundai”la tez-tez riskli “şou”lar göstərən sürücü - VİDEO

Paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, “Hyundai i40” markalı avtomobilin sürücüsü müxtəlif vaxtlarda avtoxuliqnalıq edərək “şou” göstərib. Belə ki, Cəfər Cabbarlı küçəsində qeydə alınmış görüntüdə o, maşını gah sağa, gah da sola sürərək sərt şəkildə geriyə manevr esib.
Digər kadrda isə sürücü sözügedən küçədən Zivərbəy Əhmədbəyov küçəsinə dönərkən riskli manevrlər edərək həm avtomobillərə, həm də piyadalara qəza riski yaradıb.
Səməd Vurğun və Rəşid Behbudov küçələrində lentə alınmış videolarda o, hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan ardıcıl olaraq manevr qaydasını pozub və təhlükəyə səbəb olub.
Tbilisi prospektində (Cəfər Cabbarlı küçəsi istiqamətində) çəkilmiş videoda sürücü yenidən sərt manevrlər edərək özü və avtomobildə olan sərnişinlərlə yanaşı digər hərəkət iştirakçılarını riskə atıb.
Nərmin














