Reklam

Nəsimidə “şou” göstərən sürücü: Əks yola çıxır, qırmızıda keçir, “avtoş”luq edir - VİDEO

Qaydalar 24 İyun 2024 16:32 Oxunub 1172
Nəsimidə “şou” göstərən sürücü: Əks yola çıxır, qırmızıda keçir, “avtoş”luq edir   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında 4-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 99-OG-663 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü əks istiqamətli yolla hərəkət edir. Ardıyca o, işıqforun qırmızı işığında dayanmır və sərt manevrlər edərək avtomobilin təkərlərini asfalt örtüyə sürtüb səs çıxarır.

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin 511.1, 327.4 və 327.2-ci maddələrinə əsasən, cərimələnə bilər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh