Nişan düzünə getməyə icazə verir, amma sürücülər "tələyə" düşür - VİDEO

Paytaxtın Yusif Səfərov küçəsində hərəkətin təşkilində olan nöqsan sürücüləri tələyə salır. Avtosfer.az xəbər verir ki, bu barədə bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirirlər ki, yolun sağ zolağında hərəkətin istiqamətini bildirən düzünə və sola oxlar təşkil edilib. Yəni, həmin zolaqdan düzünə Babək prospektinə, sola isə Heydər Əliyev prospekti istiqamətinə hərəkətin mümkün olduğunu bildirir. Lakin bir az irəlilədikdən sonra məlum olur ki, həmin zolaq yalnız Heydər Əliyev prospekti istiqamətinə gedir. Babək prospekti istiqamətinə getmək üçün sürücülər bütöv xəttin tələbini pozmaq məcburiyyətində qalırlar. Belə olan halda isə qarşıdakı kameralar vasitəsilə elektron qaydada cərimələr tətbiq edilir.
Yaranmış bu vəziyyət sürücüləri narahat edir və onlar yazılmış cərimələrin doğru olmadığını bildirirlər.
Ümid edirik ki, tez bir bir zamanda sürücülərin cərimələnməsinə səbəb olan həmin nişanlanma xətti dəyişdiriləcək.
Fərid
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO












