Banner

Nişan geriyə dönməni qadağan edir, amma bu sürücülərin vecinə də deyil - VİDEO

Qaydalar 30 İyun 2025 10:00 Oxunub 966
Nişan geriyə dönməni qadağan edir, amma bu sürücülərin vecinə də deyil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "Kristal Abşeron1" yaşayış kompleksinin svetoforunda geriyə dönməni qadağan edən nişan quraşdırılıb. Əvvəllər həmin yerdən geriyə dönən nəqliyyat vasitələri sıxlığa və tıxaca səbəb olduğu üçün hərəkətin təşkilinə dəyişiklik edilərək geriyə dönmə qadağan edildi. Lakin bəzi sürücülər hələ də buna məhəl qoymurlar.

Videodan da aydın şəkildə görünür ki, 77-EN-055 qeydiyyat nişanlı "Lexus" markalı və 99-UN-381 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin sürücüləri geriyə dönərək yol nişanının tələbini pozublar. Hətta "Prius" sürücüsü geriyə dönərkən digər istiqamətdən gələn avtomobilin qarşısını kəsərək ona mane olub.

 

Fərid


ŞƏRH YAZ
Ad

E-mail

Şərh