Reklam

Nişan olmayan yollarda maksimal sürət nə qədər olmalıdır? – RƏY - VİDEO

Qaydalar 30 İyul 2024 21:36 Oxunub 920
Nişan olmayan yollarda maksimal sürət nə qədər olmalıdır? – RƏY - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əksər sürücülər yol nişanları olmayan ərazilərdə avtomobili “necəgəldi” idarə edə biləcəklərini düşünürlər.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “AvtoFM”in efirində qonaq olan qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bəzi məqamları diqqətə çatdırıb. O, bildirib ki, bəzən sürücülər elə bilir ki, hansısa yolda nişan yoxdursa orada saatda 280 kilometr sürətlə hərəkət etmək olar. "Bu, doğru deyil. Müəyyənləşmiş qaydalar var. Azərbaycanda hətta nişan olmayan şəhərlərarası yollarda, magistral yol işarəsi varsa, maksimal sürət  saatda 110 kilometr olaraq nəzərdə tutulur. Əgər avtomagistral işarəsi yoxdursa, həmin yolda maksimal sürət 90 km/saatdır”.

Aqil Rəhimov sonda onu da vurğulayıb ki, vətəndaşlar adətən bölgələrə öz ailəsi ilə birlikdə səyahət edirlər və yol nişanları olmayan ərazilərdə nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmalıdırlar ki, kiçik səhvlərinə görə həyatlarından məhrum olmasınlar.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh