“Nissan” ikinci zolaqdan döndü, təhlükəli vəziyyət yarandı – VİDEO
Qaydalar
24 May 2022 21:15
Oxunub 2424
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir sürücü kameraya düşüb. Avtosfer.az-a bu barədə təhlükə ilə üzləşən sürücü video göndərib. Videodan aydın olur ki, sürücü Tbilisi prospektində sol zolaqla düzünə hərəkət edən zaman sağdan gələn “Nissan” markalı, 90 SY 145 dövlət nömrə nişanlı avtomobil qəza şəraiti yaradır. Həmin avtomobilin sürücüsü sola dönərkən ən sol zolağı tutmaq əvəzinə ikinci zolaqdan sola sərt manevr edir və qəza şəraiti yaradır. Düzünə hərəkət edən avtomobilin sürücüsü vaxtında reaksiya verib qəzadan yayınmasaydı hadisə baş verə bilərdi.
Ümid edirik ki, bu sürücü manevr qaydalarını kobud şəkildə pozduğu üçün cəzalandırılacaq.
Emin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR