“Niyə yol polisi ərazidə olanda qaydalara əməl edirik?”

“Paytaxtda dayanma durma qaydalarının pozulması hallarında hələ də problemlər var. Bu qaydaların pozulmasına görə paytaxtın genişlənməsi mümkün olmayan mərkəzi küçələrində düzgün park edilməyən nəqliyyat vasitələrinin hesabına uzunmüddətli tıxac yaranır. Bunlara kim cavab verəcək? Yol polisi dayanma durma ilə bağlı tədbir keçirməsin, avtomobillər evakuasiya edilməsin, o zaman bunun sonu necə olar?”
Avtosfer.az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya açıqlamasında Bakı şəhər DYP-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov paytaxtda dayanma durma qaydalarının pozulması halları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, təkcə bugün ərzində dayanma durma ilə bağlı 300-dən artıq protokol tərtib edilib: “Biz piyada səkilərində, yolların kəsişən hissəsində, avtobus duracaqlarında, hətta parkomantların təsis edildiyi ərazilərdə belə düzgün saxlanılmayan nəqliyyat vasitələrini evakuatorlar vasitəsilə müvəqqəti mühafizə olunan dayanacaqlara aparırıq. Bunlar qanunda da nəzərdə tutulub. Bundan əlavə, yol hərəkəti qaydalarının pozulması ilə bağlı mövcud cəzalar sərtləşdirildikcə müsbət nəticələr əldə olunur. Bu gün Bakı şəhəri üzrə qeydə alınan yol qəza hadisələrinin sayında ötən illə müqayisədə azalma müşahidə olunur. 35 hadisənin sayı aşağı düşüb. Cəzaların tətbiqi faktı 54 faizdən 50 faizə enib.
Bu o deməkdir ki, yavaş-yavaş şüur səviyyəmiz yüksəlir, mədəniyyətimiz artır. Yol polisi də bu sahədə öz təbliğatını aparır. Biz niyə gözləməliyik ki, yol polisi ərazidə olsun, o zaman qaydalara əməl edək? Olmazmı ki, yol polisi olmadan fəaliyyətimizi tənzimləyək. Nə qədər yol polisinin göstərişi ilə hərəkət edəcəyik? 21-ci əsrdə yaşayırıq. Bu gün elə texniki vasitələr var ki, hərəkətə avtomatik nəzarət edilir. Xəta törədənlər operativ aşkar edilir”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












