Maşının nömrəsi şüşədə, qabağı göydə, fara da yox - 90-LX-773 - VİDEO

Qaydalar 3 Noyabr 2022 13:21 Oxunub 2940
Maşının nömrəsi şüşədə, qabağı göydə, fara da yox   - 90-LX-773 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobildə konstruksiya dəyişiklikləri edərək idarə edib, daha sonra video çəkərək sosial şəbəkələrdə paylaşanlar az deyil. Bu dəfə isə 90-LX-773 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin videosu yayılıb. Belə ki, sürücü maşının ön hissəsini qaldırıb və dövlət nömrə nişanını müəyyən olunmuş yerdən çıxardaraq ön alın şüşəyə vurub. Həmçinin avtomobilin ön faralarından biri də yoxdur. 

Maraqlıdır ki, bu cür avtomobil idarə edənlər sanki belə işlər fəxr hissi keçirir və hətta "cavanlıq" adı da verirlər. Amma təəssüf ki, bu cür "cavanlıq" edənlərin çoxu elə cavan yaşında avtomobil qəzasında dünyasını dəyişir. Videonu təqdim edirik:

Fərid 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh