Nömrəsiz mikroavtobuslar sərnişin daşıyır - VİDEO

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur. Bura metronun ''Əhmədli'' stansiyasının yaxınlığıdır. Bu avtobuslarla Xəzər Əhmədliyə sərnişin daşınır. Sürücülər deyirlər ki, mikroavtobuslar şəxsidir və Xəzər Əhmədli sakinlərinin razılığı ilə taksi kimi xidmət göstərirlər. Məhz buna görə də avtobusların üzərində marşrut nömrəsi yoxdur. Sərnişilərin özləri də mikroavtobusların onların razılığı ilə xidmət göstərdiklərini təsdiqləyirlər.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, oturacaqların sayı maksimum 8+1 olan avtomobillər taksi fəaliyyətində istifadə edilə bilər. Oturacaqların sayı bu rəqəmdən artıqdırsa, belə fəaliyyət qanunsuzdur. Agentlik tərəfindən bu fakt araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












